15 aprel 2025 23:42
99

Türk futbolunda ilk...

Türkiyənin milli futbolçusu Merih Dəmiral Türk futbol tarixində ilkə imza atıb.

“İki sahil” xəbər verir ki, o, FIFA tərəfindən həyata keçirilən və gələcəyin futbol liderlərini yetişdirmək məqsədi daşıyan "FIFA Oyunçuları İcra Proqramı"na qəbul olunan ilk türk futbolçu olub.

Hazırda karyerasını Səudiyyə Ərəbistanının "Əl Əhli" klubunda davam etdirən 27 yaşlı müdafiəçi, dünyanın müxtəlif ölkələrindən seçilmiş 40 oyunçu arasında yer alaraq bu prestijli siyahıya daxil olan ilk Türkiyə təmsilçisi olub.

Qeyd edək ki, "FIFA Oyunçuları İcra Proqramı" futbolçuların aktiv karyeraları sona çatdıqdan sonra idman idarəçiliyi, liderlik və strateji qərar vermə sahələrində inkişafını hədəfləyir. Merih Dəmiralın bu proqramda yer alması onun gələcəkdə futbolun təşkilati və rəhbərlik səviyyəsində söz sahibi olacağını göstərir.