Suriyanın devrilmiş lideri Bəşər Əsədin qardaşı Mahir Əsədin paytaxt Dəməşqdəki iqamətgahının altında tunel şəbəkəsi tapılıb.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, müxaliflər Suriyanın devrilmiş lideri Bəşər Əsədin qardaşı Mahir Əsədin paytaxt Dəməşqdəki iqamətgahına daxil olub.
Bildirilib ki, müxalifət, həmçinin iqamətgahda Mahir Əsəd və həyat yoldaşına məxsus çoxlu sənəd və əşyaları ələ keçirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”