13 fevral 2025 12:57
251

bp Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə XƏRCLƏRİNİ AÇIQLAYIB

Ötən il bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 1 milyard 516,2 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 1,95 faiz azalma deməkdir.

“İki sahil” bp-nin 2024-cü ilin yekun hesabatına istinadla xəbər verir ki, hesabat dövründə bp yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 645,3 milyon dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (88 şirkət üzrə) 349,9 milyon dollar xərcləyib.

Bundan başqa, hesabat dövründə bp-nin 260 kiçik və orta müəssisə üzrə xərcləri 472,9 milyon dollar, 34 dövlət şirkəti üzrə xərcləri isə 48,1 milyon dollar təşkil edib.