16 fevral 2025 20:54
239

“Neftçi” “Qarabağ”a uduzdu

Misli Premyer Liqasında 23-cü turunda “Neftçi” “Qarabağ”ı qəbul edib.

İki sahil”in məlumatına görə, yarışın 22-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Kevin Medina kobud oyuna görə qırmıəzı vərəqə alaraq komandasını azlıqda qoydu.

89-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Marko Yankoviç “Qarabağ”a qələbə qazandıran qolun müəllifi olub.

Misli Premyer Liqası,

23-cü tur

16 fevral

19:00. “Neftçi” 0-1 “Qarabağ”

Qol: Marko Yankoviç, 89 – pen. (0-1)

Qırmızı vərəqə: Kevin Medina, 22 ("Qarabağ")

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev

VAR: Nicat İsmayıllı

AVAR: Elşad Abdullayev

Neftçi Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”