17 mart 2025 03:39
114

"Barselona"dan möhtəşəm geridönüş

İspaniya La Liqasında 28-ci tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, bu gün 5 oyun keçirilib.

“Rayo Valyekano” – “Real Sosyedad” matçında qalib müəyyənləşməyib. “Leqanes” evdə “Betis”, “Sevilya” “Atletik”ə, “Osasuna” isə “Xetafe”yə uduzub.

Turun mərkəzi oyununda “Atletiko” “Barselona”nı qəbul edib. Meydan sahibləri 2:0 öndə olsalar da, “Barselona” sonradan 4 qol vuraraq əzmkar qələbəyə sevinib.

İspaniya La Liqası,

28-ci tur

16 mart

"Leqanes" – "Betis" - 2:3
Qollar: Raba, 29; 44 – İsko, 64-pen. Bakambu, 78. K.Ernandes, 82.

"Sevilya" – "Atletik" - 0:1
Qol: Y.Alvares, 84.

"Osasuna – "Xetafe" - 1:2
Qollar: Budimir, 45-pen – Terrats, 55; 71.

"Rayo Valyekano" – "Real Sosyeda" - 2:2
Qollar: Trexo, 58. P.Dias, 72 – Subimendi, 20. Marieskurrena, 80.

"Atletiko" – "Barselona " - 2:4
Qollar: X.Alvares, 45. Sörlot, 70 – Levandovski, 72. F.Torres, 78; 90+8. L.Yamal, 90+2.

Bu nəticələrdən sonra "Barselona" 60 xalla liderdir. "Real" eyni xalla 2-ci, "Atletiko" 56 xalla 3-cüdür. "Barselona" rəqiblərindən bir oyun az keçirib.