26 fevral 2025 11:41
295

YAP Bərdə rayon təşkilatı xocalılıların məskunlaşdığı qəsəbədə “Şəhid şəhər- Xocalı” adlı tədbir keçirib

YAP Bərdə rayon təşkilatı  xocalılıların məskunlaşdığı qəsəbə yerləşən Ağdam 1 saylı tam orta məktəbdə  Xocalı  Soyqırımı və Milli Matəm Gününə həsr edilmiş “Şəhid şəhər - Xocalı” adlı tədbir keçirib.Tədbirdə   YAP Bərdə rayon təşkilatının aparatının nümayəndələri,  partiya fəalları, şəhid ailələri, müharibə veteranları, faciə zamanı Bərdəyə pənah gətirib burada məskunlaşmış Xocalı rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz naminə canlarından keçmiş bütün şəhid oğulların, həmçinin Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Şəhid şəhər - Xocalı!” adlı video- çarx izlənilib. Tədbiri YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya açaraq bildirib  ki, 1992- ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri 366-cı rus motoatıcı diviziyası ilə birlikdə  Azərbaycanın ən qədim şəhərlərindən biri olan Xocalıda tarixdə misli görünməmiş soyqırımı həyata keçirdilər, Xocalı şəhərini yerlə yeksan etdilər.  Bu  faciə əsrlər boyu Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Bu faciə təkcə Azərbaycana və azərbaycanlılara qarşı edilən soyqırımı deyildi, bütövlükdə insanlığa qarşı  törədilən faciə idi. Hər il bu müdhiş faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız tərəfindən ürəkağrısı ilə qeyd olunur, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi anılır. Bu soyqırımına siyasi qiymət verən Ulu öndər Heydər Əliyev demişdir: “Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır- vəhşiliyin görünməmiş bir təzahürüdür.”  Xocalı soyqırımı unudulmazdır! Bu soyqırımının  dünyada  tanıdılması  istiqamətində görülən işlər  çərçivəsində  ölkənin Birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva və Leyla xanım Əliyevanın əməyini xüsusi  qeyd etmək lazımdır. Bugün Xocalılıların ruhu şaddır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu şəhidlərimizin qisasını aldı, torpaqlarımızı işğaldan azad etdi.   Və bu böyük Qələbə əbədididr! İndi  möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti və ətrafında birləşən xalq  birliyi nəticəsində o torpaqlarda yeni şəhərlər, kəndlər, qəsəbələr tikilir. Müzəffər Liderimiz cənab İlham Əliyev Böyük Qurucu olaraq tariximizdə əbədi yaşayacaq! Bugün Azərbaycan Müzəffər Lider, Böyük Qurucu cənab İlham Əliyevin rəhbərliyi altında özünün inkişafının ən yüksək dövrünü yaşayır və  böyük Zəfərlərə imza atır.

Sonra çıxış edən Xocalı rayonundan olan Azərbaycanın Milli Qəhrəmanı Salahov Şakirin qardaşı Akif Salahov, müəllim Xosrov Musayev, müharibə veteranı Gəray Əsədov, şəhid anaları Arzu Hüseynzadə, Xuraman Naibova, Maral Mehtizadə, və Mehparə Qəribova çıxış edərək ölkə Prezidenti, Müzəffər Lider cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək bildiriblər ki, bugün əldə olunan böyük Zəfərlərlərə görə həm şəhidlərimizin, həm də Xocalı faciəsi qurbanlarının ruhu rahatdır.   

Sonda Bərdə şəhər 1 saylı Uşaq İncəsənət məktəbinin şagirdləri Xocalı faciəsinə həsr edilmiş kompozisiya nümayiş etdiriblər.

Tədbirdən sonra YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya başda olmaqla aparatın kollektivi Xocalı faciəsini yaşamış ailələrdə olub, onlara maddi və mənəvi dəstək olmağa çalışıblar.