18 mart 2025 11:50
132

Şuşada bayram yarmarkası keçirilir FOTO

Şuşa sakinləri uzun illərdən sonra baharın gəlişini ilk dəfə doğma yurdlarında qarşılayırlar. Novruz bayramı münasibətilə Şuşa şəhərindəki “Güllü bağ”da bayram yarmarkası keçirilir.

“İki sahil” xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən yarmarkaya müxtəlif şirkətlər və şuşalılar tərəfindən məhsullar çıxarılıb. Yarmarkada Şuşa sakinləri ilə yanaşı, qonaqlar da iştirak edirlər.

Novruz yarmarkası bir həftə davam edəcək.

Qeyd edək ki, Novruz bayramı münasibətilə Şuşa şəhərində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Belə ki, bu gün axşam saatlarında Qala qapısında “Şuşa baharı” adlı bayram tədbiri, martın 19-da “Güllü bağ”da Şuşanın tarixi şəxsiyyətlərinin obrazları ilə görüş və musiqi proqramı, martın 20-də şəhər meydanında incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunacaq.