28 fevral 2025 11:31
289

Qvineya-Bisau Prezidentinin Azərbaycana səfəri başa çatıb

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun Azərbaycan Respublikasına rəsmi səfəri fevralın 28-də başa çatıb.

“İki sahil” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.