Papa Fransiskin sağalması həftələr çəkə bilər və Vatikan onun uzun müddət yoxluğuna hazırlaşır.
“İki sahil” xəbər verir ki, bu barədə "Il Messaggero" nəşri məlumat yayıb.
"O, yavaş-yavaş normal ritmini bərpa etməzdən əvvəl daha bir neçə həftə xəstəxanada qalmalı olacaq" - deyə, nəşr yazıb.
Vəziyyətinin ağır olmasına baxmayaraq, pontifik Gemelli Klinikasından öz vəzifələrini yerinə yetirməyə davam edir, qərarlar qəbul edir və mühüm sənədləri imzalayır.