ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib ki, Rusiya Ukraynada təklif olunan atəşkəsə getməsə, ABŞ ona qarşı tədbir görə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə o, “ABC News”yə müsahibəsində bildirib.
O, bununla bağlı suala “Şübhəsiz, bütün variantlar nəzərdən keçirilir” - cavab verib.
Bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın təşəbbüsü ilə keçirilən sammitin yekunlarına dair brifinqdə Rusiyaya ərazi güzəştləri məsələsini “kəskin” adlandırıb. Onun fikrincə, Rusiya məhz buna nail olmağa çalışır. Ukrayna lideri ABŞ-nin Ciddədə bu məsələni qaldırdığını, Ukraynanın mövqeyi ilə tanış olduğunuı qeyd edib və respublikanın artıq Rusiyanın nəzarətində olan ərazilərin itirilməsini tanımadığını vurğulayıb.