02 mart 2025 18:17
273

Pezeşkian ABŞ ilə dialoq istəsə də, Xamenei buna qarşı çıxıb

İran Prezidenti Məsud Pezeşkian Tehranın nüvə sazişi ətrafında bağlı ABŞ ilə dialoqu bərpa etməyə hazır olduğunu bildirib, lakin ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamenei buna qarşı çıxıb.

“İki sahil” xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

“Dialoqa getməyin daha yaxşı olacağını düşündüm, lakin ali rəhbər dedi ki, biz ABŞ ilə danışıqlar aparmayacağıq”, - Pezeşkian deyib.

İran Prezidenti qeyd edib ki, ölkənin siyasəti ali rəhbərin mövqeyinə uyğun olmalıdır.

Fevralın 4-də ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İrana təzyiqi artırmalıdır. O qeyd edib ki, bu, Tehranı son nəticədə öz nüvə silahını yaratmağa yönəlmiş hərəkətləri dayandırana qədər lazımdır.