Polşa Ukrayna üçün 25 minə yaxın “Starlink” terminalı sifariş edib. Bir terminal üçün standart xidmət abunəsi Varşavaya ayda demək olar ki, 5500 Ukrayna qrivnasına (224.95 AZN) başa gəlir.
“İki sahil” xəbər verir ki, bu məlumatı “Ukrinform” müxbirinin informasiya sorğusuna cavab olaraq Polşanın Rəqəmsallaşma Nazirliyi verib.
Nazirliyin məlumatına görə, Polşanın rəqəmsallaşma nazirinin təşəbbüsü ilə 2022-2023-cü illərdə 19 560 “Starlink” terminalı alınıb və Ukraynaya kredit verilib. 2024-cü ilin sonunda Polşa daha 5000 terminal alıb və hazırda onlar tədricən Ukraynaya təhvil verilir.
Bir “Starlink” terminalı üçün standart xidmət abunəsi ayda təxminən 5500 Ukrayna qrivnası təşkil edir. Bu arada, xüsusi abunə haqqı ayda təxminən 14,000 Ukrayna qrivnası (572.60 AZN) təşkil edir.
Nazirlik qeyd edib ki, 12 mart 2022-ci il tarixli “Ukrayna ərazisində silahlı münaqişə ilə əlaqədar Ukrayna vətəndaşlarına yardım haqqında” qanuna uyğun olaraq, Polşa bu ilin sentyabr ayının sonuna qədər Ukrayna üçün “Starlink” terminallarının abunə haqlarını ödəyəcək.
Xatırladaq ki, Amerikanın “SpaceX” şirkətinin “Starlink” layihəsi Ukraynanın öz peyk internet sisteminə çıxışının guya məhdudlaşdırılması ilə bağlı “şayiələri” təkzib edərək, “Starlink” Ukraynaya xidmətlər göstərməyə tam sadiq olduğunu bəyan edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”