Saməddin Əsədov rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib.
“İki sahil” xəbər verir ki, o, bu təyinatdan öncə nazirlik yanında Kosmik Agentliyi (“Azərkosmos”) ASC-nin İdarə Heyətinin sədri olub.
Bununla da, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müavinlərinin sayı 5-ə çatıb.
Nazirlikdən bildirilib ki, “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsinə hələki təyinat yoxdur.