Çilinin Antofaqasta bölgəsindəki Sierra Qorda qəsəbəsində 6 bal gücündə zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, Çili Milli Seysmoloji Mərkəzinin (CSN) məlumatına görə, episentri ölkənin Antofaqasta bölgəsindəki Sierra Qorda şəhəri olan 6 bal gücündə zəlzələ yerli vaxtla saat 13:21-də 96 kilometr dərinlikdə baş verib.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
İlkin məlumata görə dağıntı və insan tələfatı qeydə alınmayıb.
Dünyanın ən yüksək seysmik aktivliyə malik ölkələrindən biri olan Çili “Od halqası” kimi də tanınan Sakit Okean Zəlzələ Kəmərində yerləşir.
2010-cu il fevralın 27-də ölkədə baş verən 8,8 bal gücündə zəlzələ və onu müşayiət edən sunami nəticəsində 500-dən çox insan həyatını itirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”