Argentinanın Buenos-Ayres əyalətinin cənubunda baş verən daşqınlar nəticəsində azı 6 nəfər ölüb, 1000-dən çox insan təxliyə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Baiya-Blanka şəhərinin meri Federiko Susbelıes məlumat verib.
Merin sözlərinə görə, ziyan görən yaşayış məntəqələrinə 300 mm yağıntı düşüb.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əraziyə əyalət və federal qüvvələri cəlb edilib.