Avropa İttifaqı (Aİ) yenidən silahlanma qərarı ilə təhlükəli geosiyasi oyunlar oynayır.
“İki sahil” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yaydığı məlumatda qeyd edib.
O, sammitdəki müzakirələrin və nəticələrin ticarət-iqtisadi inteqrasiya layihəsi olan Aİ-nin sürətlə Rusiyaya “strateji məğlubiyyət” verməyə yönəlmiş hərbi birliyə çevrildiyini göstərdiyini bildirib və əlavə edib: “(Yenidən silahlanma qərarı) Brüsselin real qərarlarına məhəl qoymadan təhlükəli geosiyasi oyunlar oynamağa davam etməsi deməkdir”.
Zaxarova xatırladıb ki, Aİ sülh axtarmaq əvəzinə Kiyevə hərbi və maliyyə yardımını sürətlə artırmaq planlarını açıqlayıb və bununla da qəsdən gərginliyi artırıb və dialoq ehtimalını arxa plana keçirib.
Avropanın sürətli hərbiləşdirilməsi və yenidən silahlanmasının elan olunduğunu iddia edən Zaxarova deyib: "Avropalıların gələcək nəslinin borc əsarətləri Rusiya təhlükəsi ilə bağlı şayiələrin arxasında gizlədilir. Hüquq qabiliyyətinin və real hərbi imkanların olmaması NATO-nu tamamlayan Aİ-nin strateji muxtariyyəti ilə bağlı fərziyyələrə səbəb olur".
Məhərrəm Ağalaroğlu, “İki sahil”