08 mart 2025 11:12
233

Brüsseldə kritik 10 saat: Aİ tam gücü ilə silahlanacaq

Ötən gün Brüsseldə keçirilən və təxminən 10 saat davam edən Avropa İttifaqının (Aİ) xüsusi Zirvə toplantısında müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması barədə qərar qəbul edilib.

İki sahil” xəbər verir ki, bu kontekstdə Aİ-nin təhlükəsizliyinin gücləndirilməsinə və vətəndaşlarının müdafiəsinə dəstək olmaq üçün lazımi alətlər və maliyyə elementləri işə salınacaq. Aİ Komissiyasının martın 4-də açıqladığı 800 milyard avroluq Avropanı yenidən silahlandırmaq paketi də müzakirələrdə mühüm rol oynayıb. Komissiyanın tövsiyyələrini nəzərə alan rəhbərlər məsələnin təcili həllinə göstəriş veriblər.

Aİ-nin məqsədi daha suveren olmaq, öz müdafiəsinə cavabdeh olmaq və 360 dərəcə yanaşma ilə cari və gələcək çağırışlara və təhdidlərə qarşı avtonom hərəkət etmək üçün daha yaxşı təchizatlı olmaqdır.

Ümumi müdafiə hazırlığını gücləndirmək, strateji asılılıqları azaltmaq və kritik qabiliyyət çatışmazlıqlarını aradan qaldırmaq qərarına gələn Aİ tələb olunan miqdarda və sürətdə daha yaxşı avadanlıq əldə edə biləcəyi mövqeyə çatmağı hədəfləyir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”