10 mart 2025 12:53
311

Bürclər və peşə seçimi: Ulduzlar karyeranız haqqında nə deyir?

Astrologiya insanın şəxsiyyətinə və həyat seçimlərinə təsir edən ən qədim bilik sistemlərindən biridir. Bürclərin xarakterə təsiri nəzərə alınaraq, onların peşə seçimində də müəyyən rol oynaya biləcəyi ehtimal edilir. "TheAstroTwins.com" yazır ki,  fərdlərin iş sahəsində uğur qazanma meyilləri onların astroloji xüsusiyyətləri ilə əlaqəli ola bilər.

Qoç (21 mart – 19 aprel)

Qoçlar enerjili və lider ruhludurlar. Onlar hərbi xidmət, mühəndislik, siyasət və əyləncə sektorunda uğur qazana bilərlər.

Buğa (20 aprel – 20 may)
Buğalar sabitliyi və sənəti sevən insanlardır. Onlar memarlıq, inşaat, rəssamlıq və müğənnilik sahələrində uğurlu ola bilərlər.

Əkizlər (21 may – 20 iyun)
Əkizlər ünsiyyətcil və intellektualdırlar. Onlar jurnalistika, müəllimlik, yazıçılıq və ticarət sahələrində müvəffəqiyyət əldə edə bilərlər.

Xərçəng (21 iyun – 22 iyul)
Xərçənglər qayğıkeş və ailə dəyərlərinə önəm verən insanlardır. Onlar restoran idarəçiliyi, müəllimlik, sosial işlər və dənizçilik sahələrində uğur qazana bilərlər. 

Şir (23 iyul – 22 avqust)
Şirlər liderlik və yaradıcılıq qabiliyyətləri ilə tanınırlar. Onlar siyasət, aktyorluq, rejissorluq və idarəçilik sahələrində müvəffəqiyyətli ola bilərlər. 

Qız (23 avqust – 22 sentyabr)
Qız bürcü detallara diqqət edən və analitik düşüncəli insanlardır. Onlar mühasibatlıq, mühəndislik, tibb və redaktorluq sahələrində uğur qazana bilərlər.

Tərəzi (23 sentyabr – 22 oktyabr)
Tərəzilər estetikaya və ədalətə önəm verirlər. Onlar hüquq, dizayn, musiqi və diplomatiya sahələrində müvəffəqiyyət əldə edə bilərlər.

Əqrəb (23 oktyabr – 21 noyabr)
Əqrəblər sirli və intuisiyaları güclü insanlardır. Onlar psixologiya, detektivlik, cərrahlıq və tədqiqat sahələrində uğurlu ola bilərlər.

Oxatan (22 noyabr – 21 dekabr)
Oxatanlar sərbəstliyi və macəraçılığı sevirlər. Onlar jurnalistika, təhsil, səyahət və beynəlxalq biznes sahələrində müvəffəqiyyətli ola bilərlər.

Oğlaq (22 dekabr – 19 yanvar)
Oğlaqlar məsuliyyətli və intizamlı insanlardır. Onlar idarəçilik, mühəndislik, bankçılıq və siyasət sahələrində uğur qazana bilərlər.

Dolça (20 yanvar – 18 fevral)
Dolçalar yenilikçi və sosial insanlardır. Onlar dizayn, pilotluq, elm və musiqi sahələrində müvəffəqiyyət əldə edə bilərlər. 

Balıqlar (19 fevral – 20 mart)
Balıqlar incə ruhlu və xəyalpərəst insanlardır. Onlar rəssamlıq, memarlıq, psixologiya və sosial işlər sahələrində uğurlu ola bilərlər.

Mələk Şixməmmədova