16 mart 2025 11:19
85

Mask Mars missiyası ilə bağlı yeni detallar açıqlayıb

Amerikalı sahibkar və "SpaceX" şirkətinin təsisçisi İlon Mask Marsa səyahət planları ilə bağlı yeni təfərrüatları bölüşüb.

“İki sahil” xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, 2026-cı ilin sonunda "qırmızı planet"ə göndərilməsi planlaşdırılan kosmik gəmidə "Tesla" mühəndisləri tərəfindən hazırlanan "Optimus" robotu da yer alacaq.

"Əgər bu enmələr uğurlu olarsa, insanların Marsa səfəri 2029-cu ildə başlaya bilər, baxmayaraq ki, 2031-ci il daha real tarixdir", - deyə Mask bildirib.

Qeyd edək ki, sahibkar daha əvvəl süni intellektə malik robotların Marsa göndərilməsini planlaşdırdığını açıqlamışdı. O, bu missiyanın 2026-cı ilin noyabrına nəzərdə tutulduğunu və səyahətin Yerlə Mars arasında hər 26 aydan bir mümkün olduğunu vurğulamışdı.