17 mart 2025 15:17
97

Bakı-Sumqayıt qatarlarının sayı artırılır

Aprelin 1-dən Abşeron dairəvi dəmir yolu xəttində həftədə əlavə 61 reys təyin olunacaq.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma departamentinin icraçı direktoru Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, bu addım sərnişin sıxlığının azaldılması ilə bağlı atılır.