18 mart 2025 11:42
133

YAP Nizami rayon təşkilatı Novruz bayramı münasibətilə aksiya keçirib

Martın 17-də Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Novruz bayramı münasibətilə aksiya təşkil edib. Aksiyada YAP Nizami rayon təşkilatının rəhbərliyi, əməkdaşları, fəalları və könüllüləri iştirak ediblər.

Onlar rayonun şəhid ailələrini ziyarət ediblər, onları bayram münasibətilə təbrik və hədiyyələrini təqdim ediblər.

Ziyarət zamanı dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan da söz açılıb. Şəhid ailələrinin üzvləri də öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

***

Həmin gün Novruz bayramı münasibətilə YAP Nizami rayon təşkilatının qərargahında qazilərlə görüş keçirilib.

Görüşdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev və başqaları çıxış edib, qaziləri bayram münasibətilə təbrik ediblər.

Qazilər də göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.