19 mart 2025 01:59
89

Əbədiyyət ünvanı

Astara rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Yalçın  Nəsirovun anım gününə həsr olunmuş tədbir keçirilib.

YAP Astara rayon təşkilatının, Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının əməkdaşlarının, F. Əliyarov adına şəhər 6 saylı, E. Ağayev adına Səncərədi kənd tam orta,  S. Əliyev adına Rüdəkənar kənd ümumi orta məktəblərinin müəllim və şagirdlərinin  qatıldığı tədbirdə  əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən  şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin sədaları altında  başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxışında deyib:-  Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə  Yalçın Canhəsən oğlu Nəsirova  ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Rayondakı Sərək kənd orta məktəbi onun adını daşıyır. Oxuduğu sinifdə Milli Qəhrəmanımızın qısa, lakin mənalı ömür yoluna həsr olunmuş guşə yaradılıb. Şagirdlər xalqımızın qəhrəman oğlunun nümunəvi ömür yolu ilə yaxından tanış olur, onunla qürur duyurlar.  

Eləcə Astara rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  Elza Kazımovanın ölməz qəhrəmanın şərəfli həyat yolu haqqında  geniş məruzəsi olub.

 Sonra “Nəsirov Yalçının ömür yolu” adlı  qısa sənədli filmi göstərilib .

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü