18 mart 2025 14:04
120

Bu il 300 min nəfərə yaxın Azərbaycan vətəndaşı xaricə səfər edib

Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 296,3 min nəfər olub.

“İki sahil” bu barədə Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Bildirilib ki, bu, 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 0,1 % azdır.

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,4 %, Gürcüstana gedənlərin sayı 17,4 % artıb, Türkiyəyə gedənlərin sayı 2,7 %, Rusiya Federasiyasına gedənlərin sayı isə 27,7 % azalıb.

Azərbaycan vətəndaşlarının 36,9 %-i Türkiyəyə, 15,8 %-i Rusiya Federasiyasına, 11,4 %-i Gürcüstana, 10,7 %-i İrana, 25,2 %-i digər ölkələrə səfər edib. Gedənlərin 67,5 %-ini kişilər, 32,5 %-ini qadınlar təşkil edib.

Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,1 %-i hava, 29,7 %-i dəmir yolu və avtomobil, 2,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.