18 mart 2025 14:27
139

“Azərsun Holdinq” media nümayəndələri ilə görüş keçirib - FOTO

Daim mediaya yönəlik layihələri ilə seçilən "Azərsun Holdinq” bu dəfə jurnalistləri iftar süfrəsində bir araya gətirib.

“İki sahil” xəbər verir ki, Holdinqin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov qonaqları qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edərək şirkətin Milli Mətbuatın 150 illiyi münasibətilə silsilə layihələrə davam edəcəyini bildirib.

Günümüzdə ictimai rəyin formalaşmasında medianın rolunun danılmaz olduğunu qeyd edən şöbə müdiri özəl sektorda da media ilə əlaqələrin tənzimlənməsinin önəmli və vacib olduğunu bildirib.

Xatırladaq ki, bir müddət öncə şirkət “Milli Mətbuat – 150 il” təqvim dəsti çərçivəsində millimetbuat150.azersun.com saytını ictimaiyyətə təqdim edib.