Bu ilin fevral ayında ailə başçısını itirməyə görə 196 min 346 nəfərə pensiya və müavinət ödənilib.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onlardan 139 min 321 nəfəri pensiya, 57 min 25 nəfəri isə müavinət alıb.