18 mart 2025 15:22
110

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, avtomat tapılıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat keçirib.

Penitensiar xidmətdən "İki sahil"ə verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində Kurban Kurbanova məxsus 1 ədəd "Kalaşnikov" avtomatı və 5 ədəd patron Nərimanov rayonu, "Elektromotor zavodu" adlanan əraziyə yaxın boşluq sahədə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.