18 mart 2025 15:31
95

Temperatur 18 dərəcə enəcək, qar yağacaq, çaylardan sel keçəcək

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə "İki sahil"ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Gözlənilən temperatur dəyişikliyi

Bildirilib ki, martın 18-dən 19-a keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcəyi gözlənilir.

Yağıntılar və külək haqqında proqnoz

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artması və sel təhlükəsi

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Qeyri-sabit hava şəraitinin davametmə müddəti

Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 25-i gündüzədək davam edəcək.