18 mart 2025 16:23
112

İmişlidə avtoxuliqan saxlanıldı

İmişlidə avtoxuliqanlıq edən şəxs saxlanılıb.

“İki sahil” xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində idarə etdiyi “VAZ” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən rayon sakini İ.Nurullayev saxlanılıb.

Belə ki, sürücü barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub və baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Nurullayevin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.