18 mart 2025 16:49
109

FHN-in Bakı Regional Mərkəzi ağacəkmə aksiyası keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirib.

Nazirliyin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, aksiya Bakı Regional Mərkəzinin ərazisində təşkil olunub.

Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil edilib.

Ağacəkmə aksiyasında Bakı Regional Mərkəzin əməkdaşları tərəfindən Eldar şamı, küknar, zeytun və müxtəlif növ meyvə ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.