ABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putinin telefon danışğı zamanı çox möhkəm və güclü təsir bağışladığını deyib.
“İki sahil” xəbər verir ki, bu barədə "Washington Examiner" qəzeti məlumat yayıb.
"Putin çox möhkəm güclü idi, necə var elə", - deyə, ABŞ Prezidenti vurğulayıb.
Bundan əlavə, Donald Tramp qeyd edib ki, enerji infrastrukturu üzrə qismən atəşkəs təşəbbüsü hərbi əməliyyatların tam dayandırılmasına səbəb ola biləcək mühüm addımdır.
O, həmçinin vurğulayıb ki, Putin münaqişəyə son qoymağa ciddi yanaşır.