19 mart 2025 17:40
111

İmamoğlu öz əlyazması ilə mesaj paylaşdı

İstanbul Böyük Şəhər Bələdiyyəsinin bu gün səhər saxlanılan rəhbəri Əkrəm İmamoğlu sosial media hesabında öz əlyazması ilə ismarış paylaşıb.

“İki sahil” xəbər verir ki, İmamoğlunun “X” hesabında paylaşdığı qeyddə deyilir:

“Qurulan tələlərə, yalanlara, qul haqqı yeyənlərə, xalqın iradəsini oğurlayanlara lazımi cavabı millətimiz verəcək. Öncə Allaha, sonra millətimizə əmanətəm”.

Onu da xatırladaq ki, Türkiyə mediası İmamoğlunun dörd gün polis nəzarətində saxlanılacağını yazıb.