20 mart 2025 09:36
105

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 19-u saat 19:00-dan 19:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.