20 mart 2025 10:01
123

İmamoğlunun sahibi olduğu tikinti şirkətinin hesablarına həbs qoyulub

İstanbul Böyük Bələddiyə sədri Əkrəm İmamoğlunun sahibi olduğu şirkətinin hesablarına həbs qoyulub.

“İki sahil” xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bir çox maliyyə cinayətlərində şübhəli bilinərək barəsində saxlanma qərarı çıxarılan Əkrəm İmamoğlunun ortağı olduğu "İmamoğlu inşaat ticarət və sənaye" tikinti şirkətinin hesablarına İstanbul Baş Prokurorluğun vəsatəti əsasında həbs qoyulub.