Fransa Respublika Qvardiyasının hərbçilərini daşıyan 4 avtobus qəzaya düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 30-dan çox şəxs xəsarət alıb: "Avtobuslarda ümumilikdə 119 nəfər olub, onlardan 35-i yüngül xəsarət alıb. Daha bir nəfər isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib".