"Barselona"nın futbolçusu Mark Bernal zədədən bərpa prosesinə davam edir.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi yaxın günlərdə ot örtüyü üzərində məşqlərə başlayacaq. Onun bərpa prosesi uğurlu keçir və növbəti mövsümə qədər hazır olacağı gözlənilir.
Qeyd edək ki, daha öncə Mark Bernal çarpaz bağının qopması zədəsini almışdı. O, "Barselona"nın yetirməsidir və bu mövsüm əsas komandanın heyətində 3 oyuna çıxıb.