20 mart 2025 19:33
116

"Betis" Antoni üçün danışıqlara başlayacaq

"Betis" futbolçusu Antonini daha bir il klubda saxlamaq istəyir. 

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

İspaniya klubu vingeri növbəti mövsüm üçün komandada saxlamaq üçün yollar axtarır. Yaxın aylarda klub bu məsələ ilə bağlı "Mançester Yunayted"lə danışıqlara başlayacaq. 

Qeyd edək ki, Antoni qış transfer pəncərəsində "Mançester Yunayted"dən icarə əsasında "Betis"ə keçib. Onun icarə müddəti mövsümün sonuna qədərdir.