YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Aparatın əməkdaşları ilə birlikdə Novruz bayramı münasibətilə şəhid övladlarının yanında olublar.
“İki sahil” xəbər verir ki, Vətən müharibəsi şəhidi Cəfərov Oruc Vaqif oğlu müharibədə göstərdiyi igidliyə və qəhrəmanlığa görə ölümündən sonra ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeninə və "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü" medallarına layiq görülüb. İki övladı var. Onları şəhid Oruc Cəfərovun valideynləri böyüdür. YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya və Aparatın əməkdaşları birlikdə Novruz bayramı münasibətilə şəhid uşaqlarına baş çəkmiş, onların problem və çətinlikləri ilə maraqlanmışlar. Şəhid Cəfərov Orucun ailəsi onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Liderimiz cənab İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Ehtiram əlaməti olaraq həyətdə şəhid Oruc Cəfərovun və bütün şəhidlərinin xatirəsinə yaradılmış guşənin önündə şəhid Oruc Cəfərovun övladları ilə birlikdə şəkil çəkdirilib.