21 mart 2025 18:18
116

Gəncədə qaz balonu partlayıb

Gəncə şəhərində qaz balonu partlayışı nəticəsində bir nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, Cavadxan qəsəbəsində baş vermiş hadisədə müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs 1995-ci il təvəllüdlü A. Ələkbərovdur.Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır. Faktla bağlı araşdırma aparılır.