Bir zamanlar Novruz bayramı ərəfəsində edilən dualar arasında işğal altında olan torpaqlarda bayram tonqalların qalanması ən ümdə arzu idi. Hər kəsin dilində o gün olsun bayram tonqalını Şuşada yandıraq kəlməsi dolanırdı. Aradan keçən müddət ərzində doğma torpaqlara qayıdış, Şuşa, Laçın, Kəlbəcər həsrətinə müzəffər Ali Baş Komandan İlham Əlıiyevin rəhbərliyi ilə son qoyuldu. İşğal altında olan toraqlarımız düşməndən azad olundu. Artıq işğaldan azad olunan torpaqlarda Novruz bayramı böyük coşğu ilə keçirilir. Bayram tonqalları qalanır.
Novruz Bayramının bir sıra aspektlərdən mühüm əhəmiyyəti var. Yazın gəlişi, torpağın oyanması ilə yanaşı Novruz bayramı həm də milli adət-ənənələrin yaşadan, folklor və mədəniyyəti tərənnüm edən bayramdır. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər eyni zamanda Novruz bayramına aid mahnıların yazılması, ifa olunması bayramın zənginliyindən xəbər verir.
Özündə 4 çərçənbəni birləşdirən Novruz Bayramı təbiətlə yanaşı insanların xoş əhval-ruhiyyədə olması, küsülülərin barışması və qarşılıqlı bayramlaşma kimi özəlliyə sahibdir ki, təqvimdə olan heş bir bayramda bu ovqatlar demək olar ki yoxdur. Novruz bayramı həm də çoxmillətli nominasiya kimi 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədə¬ni İrsin Reprezentativ siyahısına salınıb.
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik nitqində dediyi kimi Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir: “Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur. Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir”.
Mətanət Səfərli,
YAP Nəsimi rayon təşkilatının əməkdaşı