21 mart 2025 15:12
97

Vinisiusun qolu Braziliyaya qələbə qazandırdı

Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsində evdə Kolumbiya ilə qarşılaşıb.

“İki sahil” xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 6-cı dəqiqədə Braziliya yığmasından Rafinya dəqiq penalti zərbəsi ilə açıb. 41-ci dəqiqədə Luis Diaz kolumbiyalıların cavab qolunu vurub. 90+9-cu dəqiqədə Rafinyanın ötürməsindən Vinisius Juniorun fərqlənib və komandasına qələbə qazandırıb.

Hazırda Braziliya millisinin aktivində 21 xal var. Komanda 2-ci pillədədir. 19 xal toplayan Kolumbiya isə 6-cıdır.