Xırdalan şəhərində su təchizatı müvəqqəti dayandırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib.
“Abşeron rayon Xırdalan şəhərində kanalizasiya xəttində yaranmış qəza ilə əlaqədər Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir-bərpa işləri aparır.
Bununla əlaqədər Xırdalan şəhərinin su təchizatı martın 21-i saat 22:00-dan martın 22-si səhər saatlarınadək dayandırılıb”, – məlumatda qeyd olunub