24 mart 2025 17:17
267

Astanada baş vermiş yanğından 60-a yaxın insanı təxliyə edilib

Astana şəhərinin Yesil rayonunda çoxmərtəbəli binalardan birində ikinci mərtəbə ilə dördüncü mərtəbə arasında yanğın baş verib.

"İki sahil" Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadla xəbər verir ki, FHN əməkdaşları avtomatik nərdivan və üçbucaqlı nərdivandan istifadə edərək tüstü ilə dolu zonadan 13 nəfəri, o cümlədən 6 uşağı xilas ediblər. Bundan başqa, 12 uşaq daxil olmaqla, daha 45 nəfər pilləkənlər vasitəsilə təxliyə edilib. Yanğın operativ şəkildə söndürülüb. Yanğının səbəbi araşdırılır.