07 aprel 2025 15:31
94

Ukrayna "Starlink"in bağlanması təhlükəsi altında yaşamalı olacaq - "Politico"

Ukrayna İlon Maskın "Starlink" peyk internet sistemini bağlamaq qərarına gələ biləcəyi təhlükəsi altında yaşamalı olacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə “Politico” yazır.

Məqalədə deyilir: “Ukraynalılar İlon Maskın peyk rabitəsini bağlaya biləcəyi faktı ilə barışmalı olacaqlar... Çünki "Starlink" sistemi ilə müqayisə oluna biləcək alternativlər yoxdur”.

Nəşr vurğulayır ki, "Starlink" sistemi Ukrayna Silahlı Qüvvələri üçün həyati əhəmiyyət kəsb edir.

Bundan əvvəl Fransanın Eutelsat peyk operatorunun baş direktoru Eva Berneke bildirmişdi ki, şirkət Ukraynada "Starlink" xidmətinin tam hüquqlu əvəzini təmin etmək iqtidarında deyil.