07 aprel 2025 15:40
92

Çin ABŞ şirkətlərini Trampın tətbiq etdiyi tariflərə qarşı çıxmağa çağırıb

Çin ticarət nazirinin müavini Lin Zi, tariflərlə bağlı problemli vəziyyətin kökünün ABŞ-da olduğunu söyləyib. 

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, o, bu barədə Pekində ABŞ-ın biznes nümayəndələri ilə görüşü zamanı bildirib.

Nazir müavini Tesla və GE HealthCare daxil olmaqla 20-dən çox Amerika şirkətinin nümayəndələri ilə söhbət zamanı deyib: “Ümid edirik ki, Amerika şirkətləri mənbəni tapacaq, problemi özləri aydınlaşdıracaq və buna qarşı əsaslı şəkildə çıxış edə biləcəklər”.

Eyni zamanda, Lin qeyd edib ki, Çin həmişə xarici investorlar üçün ideal, təhlükəsiz və perspektivli hədəf olub və olacaq. Onun fikrincə, ABŞ şirkətləri qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək üçün qlobal istehsal və təchizat zənciri əməliyyatlarında sabitliyi qorumaq üçün praqmatik yanaşmalı və birlikdə işləməlidirlər.