07 aprel 2025 17:21
107

"Audi" yeni tariflərə görə ABŞ-a maşın tədarükünü dayandırır

Avtomobil istehsalçısı "Audi", prezident Donald Trampın tətbiq etdiyi yeni tariflər səbəbindən ABŞ-a avtomobil tədarükünü dayandırıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "Automobilwoche" məlumat yayıb. 

Nəşr bildirir ki, aprelin 2-dən sonra ABŞ-a gətirilən bütün avtomobillər saxlanılacaq və müvəqqəti olaraq dilerlərə verilməyəcək.

"Bild"in məlumatına görə, şirkətin ABŞ-dakı anbarlarında hazırda rüsum tətbiq edilməyən və satıla bilən 37 mindən çox avtomobil var.

ABŞ aprelin 3-dən minik avtomobillərinin idxalına 25% rüsum tətbiq edəcək.