14 aprel 2025 12:34
154

Qırğızıstan XİN Rusiyadan İZAHAT TƏLƏB ETDİ

Rusiyanın Qırğızıstandakı səfiri Sergey Vakunova bu ölkə  vətəndaşlarının Moskvada kütləvi saxlanması ilə bağlı rəsmi nota təqdim edilib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Qırğızıstan Xarici İşlər Nazirliyi təhlükəsizlik qüvvələrinin aprelin 11-də Bodrost hamam kompleksində törətdikləri hərəkətlərin araşdırılmasını tələb edib.

“Rusiya tərəfinə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatın, habelə vətəndaşlara qarşı güc tətbiqinin əsasları barədə məlumatların təqdim edilməsi və güc tətbiqi əsassızdırsa, bu hadisə ilə bağlı Moskva şəhərinin hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı müvafiq tədbirlərin görülməsi xahişi ilə rəsmi nota verilib”, - deyə XİN-dən bildirilib.