14 aprel 2025 13:29
133

Rusiya qazının Avropaya ixracı bərpa ola bilər

Avropanın ən böyük istehsalçılarının rəhbərləri getdikcə daha çox Rusiya qazının tədarükünün bərpasının, o cümlədən “Qazprom”la yeni müqavilələrin bağlanmasının lehinə çıxış edirlər.

“İki sahil” xəbər verir ki,  onlar bu barədə "Reuters" agentliyinə müsahibəsində danışıblar.

Aİ Ukraynada xüsusi hərbi əməliyyatın başlamasına cavab olaraq 2027-ci ilə qədər Rusiya qazının tədarükünü tamamilə dayandırmaq qərarına gəlib. Avropa səlahiyyətliləri Rusiyadan tədarükləri ABŞ və Qətərdən gələn mayeləşdirilmiş təbii qazla əvəz etməyə ümid edirdilər. Bununla belə, tədarükün artırılması ilə bağlı Qətərlə danışıqlar dalana dirənib və Donald Tramp Aİ-yə qarşı ticarət müharibəsi başladıb. "Reuters" qeyd edir ki, bu da Avropa bizneslərini çətin vəziyyətə salır.

Fransanın "Engie" enerji şirkətinin icraçı vitse-prezidenti Didye Ollo hesab edir ki, Aİ Rusiya qazının ildə 60-70 milyard kubmetr həcmində tədarükünü bərpa edə bilər. TotalEnergies-in baş direktoru Patrick Puillant da Rusiya qazının tədarükünün bərpasının lehinə danışıb.