14 aprel 2025 14:08
126

Pekin ABŞ vətəndaşlarına viza məhdudiyyətləri tətbiq edib

Pekin Tibet məsələsinə görə ABŞ vətəndaşlarına cavab olaraq viza məhdudiyyətləri tətbiq edib.

“İki sahil” "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinqdə bildirib.

“ABŞ Tibetlə bağlı məsələləri bəhanə edərək Çin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib”, - deyə RİA Novosti onun sözlərindən sitat gətirib.

Lin Jian vurğulayıb ki, Tibet məsələsi ÇXR-in daxili işidir və Vaşinqtonun bu cür hərəkətləri beynəlxalq hüququ pozur.

Diplomat əlavə edib ki, Çin qanunlarına uyğun olaraq, Çin Tibet məsələsində “pis davranan” amerikalılara cavab olaraq viza məhdudiyyətləri tətbiq etmək qərarına gəlib.

Aprelin 13-də Çin səfirliyinin sözçüsü Liu Pengyu Çinin viza məhdudiyyətlərinə simmetrik cavab verməyə hazır olduğunu bildirib.