Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı ilə 303 min və ya illik müqayisədə 13,1% çox sərnişin daşınıb.
Bu barədə "İki sahil" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
“Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 7,7% artaraq 33,7 min ton olub”, - məlumatda qeyd olunur.