Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Göyçay rayonunda pomidor ixracına hazırlıq, ixracın təşkili və qarşıda duran məsələlərin həlli ilə bağlı görüş keçiriliblər.
Agentlikdən "İki sahil"ə verilən məlumata görə, görüşdə ixracın çevik təşkil edilməsi məqsədilə tənzimləmə işlərinin koordinasiyası ilə bağlı geniş müzakirələr aparılıb. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ixrac əməliyyatları ilə bağlı ətraflı məlumat verilib. Həmçinin təsərrüfat obyektlərinin AQTA tərəfindən qeydiyyata alınmasının əhəmiyyəti vurğulanıb və qanunvericiliyin tələbləri bir daha iştirakçıların diqqətinə çatdırılıb. Əlavə olaraq, idxalatçı ölkələrin idxal tələbləri, karantin tətbiq edilən zərərverici orqanizmlər haqqında ətraflı məlumatlar verilib.
Görüş zamanı istehsalçıların məmnunluğunun təmin edilməsi məqsədilə təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.